6 erməni hərbçi ilə əlaqənin kəsildiyi deyilir

 29-05-2023

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə yerləşən bölmələrində daha 6 hərbçi ilə əlaqə kəsilib.

Bu barədə “Caliber” məlumat yayıb.

“Ermənistanın Teleqram kanallarında istefada olan polkovnik Vladimir Hovhannisyana istinadən Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisi ilə Qafan rayonunun sərhədyanı Nerkin-Hand kəndində əlaqənin kəsilməsi barədə məlumatlar yayılır. Ola bilsin ki, Ermənistan hakimiyyəti Kişinyovda danışıqlar raundu ərəfəsində sülh gündəmini tamamilə pozmaq üçün ərazimizə daha bir təxribat qrupu atmağa cəhd etmək qərarına gəlib”, - məlumatda bildirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidməti mayın 26-da bir qrup erməni hərbçinin Zəngilana keçməyə cəhd etməsi barədə məlumat yayıb:

“May 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar”.

Bənzər yazılar

0.17842602729797