Amerikalı aktyor Arnold Şvartsenegger əbədi yaşamaq planlarını açıqlayıb.
O, bunun üçün hər gün məşq etdiyini, velosiped sürdüyünü bildirib.
Hollivud ulduzu həmçinin filmlərdə rol almağa davam etdiyini vurğulayıb.
“Mənə pul lazım deyil... Etdiyim hər şeyi sevirəm. Təqaüdə çıxmağı gözləmirəm. Mənim planım əbədi yaşamaqdır - və bu günə qədər yaxşı həyata keçirilir”, - deyə 75 yaşlı aktyor bildirib.
Mənbə: The Hollywood Reporter