“Oskar” mükafatı laureatları Makrona qarşı çıxdılar

 25-03-2023

Fransız aktrisa Julyet Binoş Fransada pensiya islahatlarına qarşı etirazlara qoşulub.

“The English Patient” ulduzu, “Oskar” mükafatı laureatı fransız rejissor Mişel Hazanaviçius (“The Artist”) da daxil olmaqla 300 digər kinematoqrafçı ilə birlikdə Fransa Prezidenti Emmanuel Makrona pensiya layihəsinin geri götürülməsini tələb edən açıq kollektiv məktubu imzalayıb.

“Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə çox ciddi təsir göstərən pensiya islahatı həyata keçirmək qərarına gəldiniz. Sizin islahatınız ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən rədd edildi”, - deyə məktubda vurğulanıb.

Qeyd edək ki, davam edən tətillərə baxmayaraq, keçən həftə Fransa hökuməti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qəbul edib.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.50050902366638