Türkiyə Prezidenti Azərbaycan axtarış-xilasetmə qrupunun RƏHBƏRİ İLƏ GÖRÜŞÜB - FOTO/VİDEO

 20-02-2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalı Kahramanmaraşda zəlzələ nəticəsində dağılan Hatayda yerli və xarici, o cümlədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qruplarına baş çəkib, gördüyü işlər barədə məlumat alıblar.

Onu bu səfərdə daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, səhiyyə naziri Fahrettin Koca, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi müşayiət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.

“Hamımızın başı sağ olsun. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - Ərdoğan görüş zamanı bildirib.

Daha sonra Ərdoğan şəhərdə çalışan yerli və xarici axtarış-xilasetmə qrupları, bələdiyyə təmizlik işçiləri, mədənçilərlə görüşüb, onlara öz təşəkkürünü bildirib və xatirə fotosu çəkdirib.

Mənbə: Haber Global

Bənzər yazılar

0.50971794128418