Gəncədən daha 3 TIR humanitar yardım TÜRKİYƏYƏ YOLA DÜŞÜB

 15-02-2023

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Füzuli, Ağsu, Şəmkir rayonlarından və Gəncə şəhərindən toplanan yardımlar yola salınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlar olan 25 752 kiloqram humanitar yardım 3 TIR tipli yük maşını ilə qardaş ölkəyə doğru hərəkət edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə Gəncə şəhərindən növbəti günlərdə də humanitar yardım karvanı yola düşəcək. 

Bənzər yazılar

1.2094218730927