Türkiyədə zəlzələ nəticəsində həlak olan Samirlə bağlı ŞOK DETAL- VİDEO

 15-02-2023

Türkiyədə zəlzələ nəticəsində həlak olan tələbələrdən biri Samir Quliyev barədə daha bir fakt ortaya çıxıb.

Baku.ws-in məlumatına görə, Samir bundan əvvəl Türkiyənin Elazığ vilayətindəki universitetlərdən birində təhsil alırmış.

Ailəsi 2020-ci ildə orada baş verən zəlzələdən sonra gənc oğlanın universitetini Malatya şəhərindəki təhsil ocağına dəyişib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Samir Quliyevlə yanaşı, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.

Bənzər yazılar

0.56839919090271