Kamçatkadakı azərbaycanlılar da dəstək kampaniyasına BAŞLADILAR

 09-02-2023

Rusiyanın Kamçatka diyarında yaşayan azərbaycanlılar Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə kampaniyaya başlayıblar. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xeyriyyə aksiyasına Kamçatkadakı azərbaycanlı ailələrin uşaqları öz aralarında qrup yaradaraq qoşulublar. Artıq iki gün ərzində 10 min manata yaxın məbləğ toplanıb. 

Onlar kampaniyanın növbəti günlərdə də davam etdiriləcəyini, toplanan vəsaitin Türkiyədə dağıntılardan əziyyət çəkən insanlara göndəriləcəyini bildiriblər. 

Bənzər yazılar

0.65076184272766