Anadolu Agentliyi: “Azərbaycan xalqının Türkiyəyə yardım səfərbərliyi davam edir” 

 08-02-2023

Azərbaycan xalqı Türkiyəyə yardım üçün səfərbər olub.

Görüntülər Anadolu Agentliyi tərəfindən yayılıb.

Kadrlarda qardaş ölkədə zələlədən zərər görmüş şəxslərin ilkin ehtiyaclarını ödəmək üçün Bakıda yaradılan qəbul məntəqələrinə müşahidə olunan insan axını əks olunub.

Xalqımızın mərhəməti Türkiyədə istər rəsmi şəxslər, istərsə də sadə vətəndaşlar tərəfindən  yüksək qiymətləndirilir, ölkəmizdən göndərilən yardımlar isə böyük minnətdarlıq hissi ilə qarşılanır.  

Onu da qeyd edək ki, qardaş ölkədə belə dəhşətli fəlakət yaşanarkən Azərbaycan dövlət olaraq daha çoxunu etməlidir. Sadə və yoxsul insanlar çalışırlar ki, əllərindən gələn qədər yardım toplasınlar. Xalqımızın xeyrxahlığı, qəlbinin genişliyi, mərdliyi növbəti dəfə təsdiq olunur. Ancaq miqyas tam başqadır. Azərbaycan dövlət olaraq bütün resurslarını səfərbər etməlidir.

Dövlətimizin gücü var ki, fəlakətə uğramış şəhərlərdən ən azı birinin ilk günlərdə bütün sosial problemini öz üzərinə götürsün. İnsanlara təcili qaydada xilasedici texnika və alətlər, çadırlar, generatorlar, isti geyim, yemək, tibbi ləvazimat və digər zəruri yardımlar çatdırılmalıdır. Dövlətdə bunların hamısının ehtiyatı var. Çox yox, 3 nəfər orta ranqlı məmurun mənimsədiyi qədər - məsələn, 500 milyon manat vəsait ayırmaqla zəlzələdən zərər çəkmiş bir neçə 100 min nəfər qardaş və bacımızı zəruru köməklə təmin etmək olar. Ləngimədən dövlət miqyaslı iş görülməlidir.

Bənzər yazılar

0.51807904243469