Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza MÜRACİƏT EDİB

 08-02-2023

Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

“Report” xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Qeyd olunub ki, təxliyə avtobusu bu gün, fevralın 8-də saat 15:30-da (Bakı vaxtı ilə 16:30-da) Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8 574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bənzər yazılar

0.46497392654419