Cənub bölgəsində Türkiyəyə yardım toplamaq üçün QƏRARGAH YARADILIB

 08-02-2023

Cənub bölgəsində Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə dəstək üçün yardım toplanır.

“Report”un Cənub bürosu xəbər verir ki, bu gün səhər saatlarından etibarən Lənkəran və Masallı rayon sakinləri də qardaş ölkəyə yardım aksiyasına qoşulublar.

Yüzlərlə insan dağıdıcı zəlzələ nəticəsində çətin duruma düşən, evsiz-eşiksiz qalan insanlara yardıma tələsir.

İnsanlar nəyə imkanı çatırsa, yaradılan qərərgaha gətirib təhvil verirlər. Kampaniya zamanı əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək və qalın yun corablar, çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik ləvazimatları toplanıb.

Gətirilən mallar çeşidlənərək qablaşdırılır. Yardımlar davam edir.

Humanitar aksiyanın ilk gününün sonunadək 3 yük maşınının yola salınması planlaşdırılır

Bənzər yazılar

0.63381099700928