“Dünəndən Qarabağdayıq, Şuşaya səfər etdik, burada baş verənlərlə tanış olduq. Bu bölgənin gözəl təbiəti var. Bu gün isə Kəlbəcərdə olduq, oranın dağları çox gözəldir”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah Dez Vayt söyləyib.
Qarabağda şahidi olduğu dağıntılara toxunan səyyah qeyd edib ki, Azərbaycan xalqı çox güclü xalqdır:
“Burada görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı bu ərazilərdəki hər şeyi bərpa edəcək və həyat öz axarına düşəcək”.