Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də İrqi Diskriminasiyanın Bütün Formalarının aradan qaldırlması ilə bağlı Konvensiyaya dair (Azərbaycan Ermənistana qarşı işində) Azərbaycanın təqdim etdiyi müvəqqəti tədbirlərə dair sorğu ilə bağlı ictimai dinləmələr keçirəcək.
Bu barədə Beynəlxalq Ədalət Məhkəməsi “Twitter”də məlumat yayıb.
Məlumata görə, Haaqa Sülh Sarayında keçiriləcək dinləmələrdə diplomatik nümayəndəliklər və məhdud sayda ictimaiyyət nümayəndələr iştirak edəcək. Dinləmələr ingilis və fransız dillərində canlı yayımlanacaq.
PRESS RELEASE: the #ICJ will hold public hearings on the request for the indication of provisional measures submitted by Azerbaijan in the case #Azerbaijan v. #Armenia on Tuesday 31 January 2023. Watch live on @UNWebTV https://t.co/X0bqAaC5Q9 pic.twitter.com/OUTCvtRdwo
— CIJ_ICJ (@CIJ_ICJ) January 13, 2023