Molla rejimi RƏDD OLSUN! - İranın Bakıdakı səfirliyi qarşısında ETİRAZ

 29-09-2022
Bir qrup millətçi gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Qeyd olunur ki, etirazçılar "Cənubi Azərbaycana azadlıq!", "Molla rejimi rədd olsun!", "Fars rejimi rədd olsun!", "Ölüm olsun İrana!", "Diktator rədd olsun!", "Molla rejimi qətliamı dayandır!" , "Azadlıq, ədalət , "Milli Hökümət", "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun" kimi şüarlar səsləndiriblər.
 
Polislər aksiya iştirakçılarını dinc şəkildə səfirlik önündən uzaqlaşdırıb.
 
Aksiyada saxlananlar olmayıb.
 

Bənzər yazılar

0.55508708953857