Fuad Muradov: “Paris istisna olmaqla heç bir Azərbaycan evinə hücum olmayıb”

 27-09-2022

“Paris istisna olmaqla bu günə qədər diasporumuzun nəzdində olan heç bir Azərbaycan evinə hücum olmayıb. Parisdə baş verən hücum zamanı polisin vaxtında müdaxiləsi nəticəsində vəziyyət stabilləşdi”. 

Milletinsesi.info xəbər verir ki, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Muradov deyib. 

Onun sözlərinə görə, hücum zamanı UNESCO ilə birgə tədbir keçirilirdi və bu tədbir zamanı onlar da düşmənin mədəniyyətini görmüş oldu: “Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan diasporu ayaqdadır. 50-dən çox bəyanat vermişik və bunların bir çoxuna rəsmi münasibətlər gəlib”. 

O bildirib ki, Latın Amerikası, bəzi ərəb ölkələrində bizim diasporumuz fəaliyyət göstərmir: “Lakin buna baxmayaraq, bizim diasporumuz baş verən hadisələrlə bağlı bu ölkələrdəki rəsmilərə geniş məlumatlar verir. Adekvat tədbirlər qeyri-qanuni hərəkətlərdən, aksiyalardan daha çox effektlidir.

Bu gün diaspor necə lazımdır fəaliyyət göstərir. Bu o demək deyil ki, ölkədən xaricdə azərbaycanlılarla ermənilər bir-birilərinə hücum etməlidirlər. Adekvat tədbirlər qeyri-qanuni hərəkətlərdən, aksiyalardan çox daha effektlidir”. 

O, jurnalistlərə açıqlamasında xarici ölkələrdə yerləşən səfirliklərə hücumla əlaqədar sualları cavablandırıb: 

“Bu gün hər bir dövlətin borcudur ki, səfirlikləri qorusun. Bizim İngiltərədə diasporumuz həm Ermənistan, həm də öz səfirliyimizin qarşısında dinc aksiyalar keçirib. Eyni zamanda bilirsiniz ki, Fransada ermənilərin qeyri-qanuni aksiyaları olub. Aidiyyəti üzrə bu cür qeyri-qanuni hallara zəruri münasibət göstərilib. Son 3 həftə ərzində 40-dan çox müxtəlif aksiya və yürüşlər keçirmişik. Əgər yerli dövlət qurumlarından müvafiq icazələr alınırsa, aksiyalar keçirilə bilər. Eyni zamanda Almaniya, Çexiyada, Türkiyə, Polşada bizim diasporumuz çox çevik işlər görür. Biz artıq qalib ölkəyik və özümüzü qalib ölkə kimi aparırıq”.

 

Bənzər yazılar

0.49144697189331