Əraqçi: İsrailin hücumu münaqişə zonasını genişləndirir

 15-06-2025

İsrailin İranın Fars körfəzindəki Cənubi Pars qaz yatağının işlənməsində iştirak edən obyektlərə hücumu münaqişənin genişləndiyini və regionun digər ölkələrini də bu işə cəlb edə biləcəyini göstərir.

Milletinsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Cənubi Parsa zərbə strateji səhvdir və bu, münaqişə zonasının İrandan kənara çıxması deməkdir. Bu hərəkətlər təkcə bütün regionu deyil, həm də dünyanı müharibəyə sürükləyə bilər”, - o bildirib.

Bənzər yazılar

0.073422908782959