100 minə yaxın uşağın birinci sinfə qəbul prosesi tamamlanıb

 08-05-2025

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə MillətinSəsi.İnfo-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

- Alternativ qeydiyyat mərkəzlərinə;

- Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;

- ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Xatırladaq ki, mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Bənzər yazılar

0.06197190284729