"Dərnəgül" bazarında makler beş sahibkarın yarım milyon manatını mənimsədi

 02-05-2025

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manat dələduzluqda təqsirləndirilən Vüsal Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Cəfərov 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, V.Cəfərov "Dərnəgül" tikinti materialları bazarında sahibkarlardan ümumilikdə 509 min 400 manatlıq tikinti materialları alsa da, həmin materialların pulunu mənimsəyib.

İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bənzər yazılar

0.067617893218994