Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI məlum olub

 21-05-2025

Mayın 20-si metronun "Koroğlu" stansiyası yaxınlığında 172 nömrəli marşrut avtobusunda insident baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov öz sosial media hesabında paylaşım edib.

Belə ki, 99-JU-896 dövlət nömrə nişanlı 172 nömrəli marşrut avtobusuna metronun "Koroğlu" stansiyası yaxınlığında, ötən gün saat 17:30-da bir kişi daxil olaraq sərnişinə hücum edib.

Digər sərnişinlərin müdaxiləsindən sonra sözügedən şəxs avtobusdan zorla endirilib.

172 nömrəli marşrut avtobusunda baş verən insidentin təfərrüatı məlum olub. Bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

Əsmər Əliyeva qeyd edib ki, sözügedən hadisə ailədaxili münaqişə zəminində baş verib.

"Ötən gün , saat 17:30-da "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində "BakuBus" MMC-nin istismarında olan, 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JU-869 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlər arasında insident baş verib.

Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi müəyyən edilib. Nəqliyyat vasitəsini idarə edən sürücü - Pərviz Zeynalov, hadisəyə operativ reaksiya göstərərək sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışıb və ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları qısa müddət ərzində insidentə müdaxilə edib, insidentə səbəb olan şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırılıblar", - məlumatda deyilir.

Bakıda 172 nömrəli marşrut avtobusunda baş verən hadisə polis nəzarətinə alınıb.

Sosial şəbəkələrdə ictimai nəqliyyatda sərnişinlər arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Hadisə anından görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.06601095199585