8 gün əvvəl yaranan şirkət “Beynəlxalq Bank”ın tenderini udub

 03-06-2025

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (VÖEN – 9900001881) tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovaka sorğusu) nəticəsi açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, ABB “The United Crafts” MMC-dən (VÖEN 3105453971)  Milli Mətbuat günü ilə bağlı hədiyyələr və hədiyyə qutuları alacaq, qarşılığında isə 6 min 200 manat ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, ABB tender elanını bu il aprel ayının 22-də açıqlayıb. Tender müsabiqəsinin qalibi olan “The United Crafts” MMC isə tender elanından cəmi 8 gün əvvəl – aprel ayının 14-də dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Heydər Əliyev ev 9, m. 158-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yusifli Aytac Namiq qızıdır.

Murad Məmmədov

Bənzər yazılar

0.062907934188843