Bu gün səhər saatlarında Ucar rayonunun Müsüslü kəndində yerləşən 110/10 kilovoltluq dartı yarımstansiyasında yanğın baş verib.
MillətinSəsi.İnfo xəbər verir ki, ilkin məlumata görə, yanğın 10 min kilovat gücündəki transformatorda başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb və söndürülüb.
Bildirilir ki, yarımstansiyanın fəaliyyətində fasilə yaranıb. Qısa zamanda yanğın genişlənib və nəticədə 6 kəndə elektrik enerjisi verən transfarmator yanaraq yararsız vəziyyətə düşüb. Bu səbəbdən Müsüslü də daxil olmaqla ətrafdakı səkkiz kənd hazırda elektrik enerjisiz qalıb.
Hazırda 8 kənd (Ucarın Müsüslü,Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, Göyçayın Alpout və Bəydövül kəndləri) işıqsız qalıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və elektrik enerjisinin bərpası istiqamətində təmir-bərpa işləri aparılır.
Hazırda yanğının dəqiq səbəbi və vurulan maddi ziyanın həcmi araşdırılır.
Əsas səbəb transfarmatorun həddindən artıq yüklənməsi göstərilir. Hazırda fakt araşdırılır.
Xatırladaq ki, yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada baş verib.