“Qacarlar nəslindən olan sonuncu İran şahı Əhməd şah Romanovlar sülaləsinin 300 illik hakimiyyətinin ildönümü münasibətilə Təbrizdə Çar ailəsi üçün peşəkar ustalara xalça toxutdurur. Xalçanın üzərində çar II Nikolay, çariça Aleksandra Feodorovna və gənc şəhzadə Alekseyin rəsmi toxunur və xüsusi missiya ilə saraya hədiyyə kimi göndərilir”.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev araşdırma aparıb.
Alim möhtəşəm sənət əsəri hesab olunan həmin Təbriz xalçasının sonrakı aqibətindən də söz açıb:
“Bolşeviklər Çar ailəsini məhv edəndən sonra (1918-ci iliyin iyulunda – red.) xalça saraydan yoxa çıxır və 1980-cı ildə bir qrup şəxs, başda Yulian Semonov olmaqla Berlində onu aşkar edirlər.
Xalça auksiona çıxarılır və 30 min dollara xalça kolleksiyaçısı, baron Eduard Aleksandroviç fon Falz-Feyn tərəfindən alınır. 1993-cü ildən isə xalça Krımın Livadiya şəhərində sonuncu rus çarı II Nikolay və onun ailəsinin keçmiş yay istirahət yeri olan Livadiya sarayına hədiyyə edilir və bu günə qədər orda sərgilənir. Təbrizli ustalar tərəfindən hazırlanan bu xalçanın hazırkı bazar qiyməti yüz minlərlə dollar hesab olunur”.