Sudanda BMT-nin yardım karvanına hücum edildi - ölənlər var

 04-06-2025

Sudanda BMT-nin aclıq olan ərazilərə ərzaq aparan yardım karvanına hücum olub.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu və Dünya Ərzaq Proqramının birgə bəyanatında deyilir.

Bildirilib ki, hücumda beş nəfər öldürülüb və Şimali Darfurun əl-Fəşir bölgəsində aclıqla üzləşən uşaqlar və ailələrə ərzaq çatdırılmasının qarşısı alınıb.

"Konvoyun beş üzvü həlak olub, daha bir neçə nəfər yaralanıb. Xeyli yük maşını yandırılıb, mühüm humanitar təchizata zərər yetirilib", - birgə bəyanatda vurğulanıb.

 

Bənzər yazılar

0.070941925048828