Osman Nurməhəmmədov Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıldı

 10-04-2025

Rusiyalı MMA döyüşçüsü Petr Yan Osman Nurməhəmmədovu Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıb.

MillətinSəsi.info xəbər verir ki, P.Yan şəxsi "Instagram" hesabında paylaşımında bildirib.

"Gəl, Bakıda, ya da Əbu-Dabidə döyüşək. 5 raundla! Kəmər uğrunda döyüşmək istəyirəm. Hazırda ilk beşlik və onluqda qərarlaşmış, demək olar ki, hamı məşğuldur. Yarım il gözləməyə dəyməz. Ömər (Osmanın qardaşı - red.) formada deyil. Haydı, getdik!"

Qeyd edək ki, rəsmi açıqlama verilməsə də, bu il 21 iyun tarixində Azərbaycanın UFC-də döyüş gecəsinə ev sahibliyi etməsi gözlənilir.

Bənzər yazılar

0.068859815597534