Argentinada prokuror Xameneinin həbsini tələb etdi

 10-04-2025

Argentina prokuroru Sebastian Basso ölkənin federal məhkəməsindən İranın ali dini lideri Ayətullah Əli Xameneini 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzində 85 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı istintaq çərçivəsində həbs olunmasını xahiş edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Infobae” portalı məlumat yayb.

Portalın məlumatına görə, 1994-cü ildə Buenos-Ayres partlayışı ilə bağlı istintaqın rəhbəri olan Basso məhkəməyə verdiyi ərizədə İran liderinin hücumun planlaşdırılmasında və həyata keçirilməsində əli olduğu iddiasına görə araşdırılmalı olduğunu bildirib.

Basso açıqlamasında həmçinin terror aktını törətməkdə ittiham olunanların hamısının qiyabi mühakimə olunmasını tələb edib.

“Prokuror Sebastyan Basso... federal hakim Daniel Rafekasdan İranın ali lideri Əli Hüseyni Xameneinin milli və beynəlxalq həbsinə order verilməsini tələb edib. Bu tələb 1994-cü il iyulun 18-də Buenos-Ayresdə törədilmiş terror aktı ilə bağlı qiyabi mühakimə tələbinin bir hissəsidir”, - məlumatda qeyd edilib.

“İnfobae”nin məlumatına görə, bir neçə gün ərzində hakimin prokurorun müraciətinə baxması və İranın ali liderinin həbsinə order verib-verməməsi barədə qərar verməsi gözlənilir.

Qeyd edək ki, 2024-cü ildə Argentina Prezidentinin xüsusi nümayndəsi Manuel Adorni də ölkənin “İnterpol”dan 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində törədilən terror aktında iştirakına görə İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb etdiyini bildirmişdi.

Xarırladaq ki, 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzinin yaxınlığında partladılmış bomba 85 nəfərin ölümünə, 200 (və daha çox) nəfərin yaralanmasına səbəb olub.

Argentina keçmiş prezident Haşimi Rəfsəncani və yeddi keçmiş hökumət rəsmisi də daxil olmaqla, bir sıra yüksək rütbəli iranlıları ölkədə indiyə qədər törədilən ən böyük terror aktının təşkilində əli olmaqda ittiham edib.

İran hakimiyyəti ittihamları qəti şəkildə rədd edib.

Bənzər yazılar

0.06908106803894