Mahmud Abbas: “Fələstinli qaçqınların sayı 7 milyonu ötüb”

 17-05-2025

“Ölkə daxilində və digər ölkələrdə məcburi köçkün olan fələstinlilərin sayı 7 milyonu ötüb”.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Fələstin Prezidenti Mahmud Abbasın “Ən-Nəkbə” (“Fəlakət günü”) – Birinci Ərəb-İsrail müharibəsində ərəb tərəfinin məğlubiyyətinin anım günü münasibətilə çıxışında bildirib.

“İsrail işğalçı qüvvələrinin artıq 19 aydır ki, bütün dünyanın gözü qarşısında etdikləri şey, Qərb Sahilində və Şərqi Qüdsdə Fələstin Dövlətinin ərazisində davam edən cinayətkar oğurluğuna əlavə olaraq, soyqırım, dağıntı və aclıqdan xalqımızı Qəzza zolağından çıxarmaq üçün istifadə cinayətləridir”, - Fələstin prezidenti bildirib.

Abbas qeyd edib ki, Fələstin daxilində, qonşu ölkələrdə və dünyada fələstinli qaçqınların sayı 7 milyondan çoxdur. Onların əzabları davam edir, xüsusilə Qəzza, İordan çayının qərb sahili, o cümlədən Şərqi Qüds, İordaniya, Livan və Suriyadakı qaçqın düşərgələrində”.

Bənzər yazılar

0.068547964096069