Rusiyanın Kaluqa vilayətinin Borovsk şəhərində oğul anasının evində yanğın törədib.
Bu barədə Milletinsesi.info Gazeta.ru-ya istinadla xəbər verir.
Məlumata görə, o, qadının üzərinə benzin tökərək, mobil telefonunu zorla əlindən alıb.
Yanğınsöndürənlər 60 yaşlı pensiyaçını yanan evdən xilas edə biliblər. Bədəninin 90 faizininin yanıqları ilə reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağırdır.
Bildirilir ki, oğul anasının ona pul verməməsi səbəbindən qadının üzərinə və otaqlara benzin tökərək yanğın törədib.
Yanğının baiskarının tutulub-tutulmadığı barədə məlumat verilmir.