ABŞ-nin Tennessi ştatında dörd cinayətkar kassirlərə piton ilanları hədə-qorxu göstərərək, yanacaqdoldurma məntəqəsini (YDM) qarət edib.
Bu barədə Milletinsesi.info "Baza" "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, iki oğlan və iki qız əllərində ilanlarla yanacaqdoldurma məntəqəsinə daxil olub. Kassirlər qorxduqlarından piton ilanlarının zəhərli olmadıqlarını diqqətə almayıblar.
İnsident nəticəsində qarətçilər 400 dollar dəyərində çətənə yağı götürərək, hadisə yerindən uzaqlaşıblar.