Qəbələdə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

 15-03-2025

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Milletinsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın doqquz nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Alovlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar

0.068452119827271