Yol qazılıb, lakin heç bir iş görülmür - Sumqayıtdan ŞİKAYƏT

 06-03-2025

Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsində yol kənarında qazılan quyu sakinlərin narazılığına səbəb olub.

Bu barədə onlar tərəfindən Milletinsesi.info-a şikayət ünvanlanıb.

Sözügedən küçədə hansı iş görüldüyü, quyunun nə məqsədlə qazıldığı məlum deyil.

Məlumata görə, martın 1-dən bu günə qədər qazıntı aparılmış ərazidə işlərin davam etdirilməsi istiqamətində hər hansı bir tədbir görülməyib.

Qeyd edilən problem qalmaqda davam edir.

Məsələ ilə bağlı Milletinsesi.info Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb, lakin cavab almaq mümkün olmayıb.

Ərazidən görüntünü təqdim edirik:

Aygün Mirakif

Bənzər yazılar

0.062542915344238