Sabirabadda Kürün səviyyəsi artdı: Bəzi ərazilər SU ALTINDA QALDI

 10-05-2025

Sabirabad rayonunda yağan intensiv leysan yağışları Kür çayının səviyyəsinin qalxmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, Həşimxanlı və Ətcələr kəndləri istiqamətində yerləşən yulğunluq sahələrini su basıb.

Eyni zamanda bəzi yaşıllıq ərazilər də subasmaya məruz qalıb.

Hazırda yaşayış evlərinə təhlükə olmasa da, çay səviyyəsindəki artımın davam edib-etməyəcəyi növbəti günlərdə yağıntının miqdarından asılı olacaq.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.064494132995605