Hakan Fidan sui-qəsdə məruz qalıb

 10-05-2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan sui-qəsdə məruz qaldığını iddia edib.

MillətinSəsi.İnfo xəbər verir ki, o bu barədə TV24-ün efirində danışıb.

Nazir bildirib ki, bəhs olunan hadisə təxminən 4-5 il əvvəl, o hələ Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri olarkən baş verib. Hakan Fidanın sözlərinə görə, onu zəhərləmək istəyiblər:

“Mənə həddindən artıq arsen və civə verdilər, sonradan testlər də bunu sübut etdi. Təxminən 4-5 il əvvəl idi”.

XİN rəhbəri sui-qəsdə təşəbbüsün kim tərəfindən edildiyini isə açıqlamayıb.

Bənzər yazılar

0.071119070053101