Bakıda klinika qarşısında iyrənc mənzərə: Kanalizasiya daşdı, qan qoxusu ətrafı bürüdü

 10-05-2025

Bakının əsas küçələrinin birində kanalizasiya xəttinin daşması ətrafda xoş olmayan mənzərə yaradıb.

Oxu.Az xəbər verir ki, söhbət Abbas Mirzə Şərifzadə küçəsindən gedir.

"Topçubaşov adına olan klinikanın qarşısında kanalizasiya daşıb. Qan qoxusundan, üfunət iyindən yolu keçmək olmur", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Bənzər yazılar

0.064025163650513