Ağır qəza iki qardaşın ölümü ilə sonlandı - Biri Vətən müharibəsi iştirakçısı olub

 10-05-2025

Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb.

Oxu.Az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, VAZ-21015 markalı minik avtomobilinin hərəkətdə olan zaman yol kənarındakı ağaca çırpılması nəticəsində, Şabran rayonu, Gəndob kənd sakinləri Elməddin Fərzəliyev və onun qardaşı Əmrəli Fərzəliyev həyatlarını itiriblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Bundan başqa, bu gün Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən avtomobil yolunun 135-ci km-də qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan iki qardaşdan biri, Fərzəliyev Elməddin Vətən müharibəsi iştirakçısı olub.

Hadisə zamanı həlak olan qardaşlar Şabran rayonunun Gəndov kənd tam orta ümumtəhsil məktəbinin məzunları olublar.

Fərzəliyev Elməddin və Fərzəliyev Əmrəlinin fotolarını təqdim edirik:

qezada olub

Bənzər yazılar

27.878283023834