Bakı məktəblərində şagirdlərin dərsə davamiyyəti necə olub?

 24-02-2025

"Hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb".

Bu barədə MillətinSəsi.info-bun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb:

"Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib".

"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir", - deyə məlumatda qeyd edilib.

 

Bənzər yazılar

0.063278913497925