İsveçin baş naziri İSTEFA VERƏCƏK

 15-09-2022

İsveçin baş naziri Maqdalena Andersson çərşənbə günü keçirdiyi mətbuat konfransında parlament seçkilərində məğlub olduğunu etiraf etdiyini və cümə axşamı, sentyabrın 15-də istefa verəcəyini bildirib.

“Sabah mən baş nazir vəzifəsindən istefa verəcəyəm və hökumətin formalaşması prosesinin davam etdirilməsi üçün məsuliyyət spikerə və parlamentə keçəcək”, - deyə o , bəyan edib.

Baş nazir qeyd edib ki, yeni hökumət dönəmində o, müxalifətdə olan Sosial Demokrat Partiyasına rəhbərlik edəcək.

Mənbə: TASS

Bənzər yazılar

0.27450585365295