KTMT-nin saytına HÜCUM OLUB

 14-09-2022

Sentyabrın 13-də saat 23:00 radələrində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi saytı olan www.odkb-csto.org kiberhücuma (DDOS) məruz qalıb.

Resursun fəaliyyəti pozulub, bəzi məlumat mesajlarına icazəsiz dəyişiklik etmək cəhdləri qeydə alınıb, 14 sentyabr 2022-ci il saat 07:00-dək sayta giriş mümkün olmayıb.

Hazırda saytın fəaliyyəti qismən bərpa olunub, icazəsiz müdaxilələrin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür.

 

Mənbə: “odkb_csto” “Telegram”

Bənzər yazılar

0.25759482383728