Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova izah edib ki, "Rusiya" xüsusi uçuş dəstəsinin təyyarəsi diplomatik missiya əməkdaşlarının rotasiyasını həyata keçirmək üçün ABŞ-a uçub.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "FlightRadar24" xidmətinin məlumatına görə, sonuncu belə uçuş dekabrın 28-də baş tutub.
"FlightRadar24" saytındakı məlumatdan belə çıxır ki, dekabrın 25-də İl-96 təyyarəsi Moskvadan Sankt-Peterburqa qalxıb, dekabrın 26-da oradan Nyu-Yorka, daha sonra Vaşinqtona gedib. Dekabrın 28-də layner Nyu-Yorka və elə həmin gün Moskvaya qayıdıb.
"Diplomatların növbəti rotasiyası həyata keçirilib", deyə Zaxarova "RİA Novosti"yə şərhində bildirib.
Oktyabrda Rusiyanın ABŞ-dakı səfiri, 2017-ci ildən bu vəzifədə olan Anatoli Antonov Vaşinqtonda fəaliyyətini başa çatdırıb. "Kommersant" öyrənib ki, səfir postuna ən çox ehtimal olunan namizəd Aleksandr Darçiyevdir. Əvvəllər o, Rusiyanın Kanadadakı səfiri olub və Şimali Amerika departamentinə rəhbərlik edib.