Ukraynanın xarici işlər naziri Andriy Sibiqanın rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqə səfər edərək, Suriyanın yeni hakimiyyəti ilə görüşüb.
Ölkə.Az xəbər verir ki, nazir Sibiqa Suriyanın yeni hakimiyyətinin rəhbəri Əhməd əl-Şaraa, baş nazir Məhəmməd Əl-Bəşir və xarici işlər naziri Əsəd Həsən əl-Şeybani görüşərək mövcud vəziyəti və qarşılıqlı əməkdaşlıq münasibətlərini ətraflı müzakirə ediblər.
Sibiqa deyib ki, hakimiyyət dəyişikliyi Suriya xalqı üçün uzun illərdən bəri davam edən iztirablardan sonra böyük ümidlər yaradan tarixi bir dönəmdir.
“Biz sizinləyik, Suriya xalqına kömək etməyə hazırıq, çünki Ukrayna sabit Suriyada və onun inkişafında, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır”, - ukraynalı nazir deyib.
Sibiqa onu da əlavə edib ki, bayram ərəfəsində Ukraynadan Suriyaya iyirmidən çox yük maşını taxıl humanitar proqramı çərçivəsində 500 ton un gətirəcək: "Biz dəfələrlə daha çox çatdırmağa hazırıq".
Mürtəza
Ölkə.Az