Gürcüstanın hazırkı prezidenti Salome Zarubişvili söz verdiyi kimi, respublikanın seçilmiş rəhbəri Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra Tbilisidəki prezident iqamətgahını tərk edib.
"Ölkə.az" xəbər verir ki, mitinq zamanı Zurabişvili tərəfdarlarına respublikanın prezidenti olaraq qalmaqda davam edəcəyini bildirib.
“Mən buradan xalqın yanına çıxacağam və sizinlə olacağam”, - deyə o qeyd edib.
Zurabişvili həmçinin Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimini “parodiya” adlandırıb.