İsrail Ordusu "İslami Cihad"ın raket komandirini məhv etdi

 31-12-2024

İsrail hərbçiləri Qəzza zolağında radikal Fələstin təşkilatı "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandirini məhv ediblər.

"Ölkə.az" bu barədə "Oxu.az"a istinadən xəbər verir.

Məlumata görə, məhv edilən Ənəs Məhəmməd Səədi Məsri İsrail mülki vətəndaşlarına və Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı çoxsaylı hücumlara rəhbərlik edib. İsrail ordusunun məlumatına görə, o, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin cənub rayonlarını atəşə tutan raketçilərə komandanlıq edib.

O, dekabr ayının əvvəlində kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində Qəzza zolağının şimalında məhv edilib. Ordu bildirib ki, zərbədən əvvəl yerli mülki əhaliyə ziyan vurulması riskinin minimuma endirilməsi üçün tədbirlər görülüb.

Bənzər yazılar

0.28967690467834