Avtomobili həyətdə istirahət edən ata və oğula ÇIRPIB: Ürəkləri soyumadı, döyməyə başladılar - VİDEO

 13-09-2022

Türkiyənin Şanlıurfa şəhərində evinin heyətində istirahət edən ata və oğula hücum olub.

Belə ki, uzun müddət aralarında mübahisə olan şəxs dostları ilə bərabər avtomobili əvvəl istirahət edən şəxslərə çırpıb, daha sonra isə minik maşınından düşən bir neçə kişi taxta parçaları ilə ata və oğula hücum edib.

Hadisə evin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Xəsarət alan ata və oğul xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən qaçmış şəxslərin axtarışını aparır. İnsidentin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

Mənbə: İHA

Bənzər yazılar

0.30445289611816