Xarkovun azad olunması ilə bağlı çox təsirli Paralel - VİDEO

 13-09-2022

Xarkov vilayətinin azad edilməsi Ukrayna üçün ən vacib və aktual mövzulardandır. Ukrayna Baş Qərargahının məlumatına görə, yarım ildir bölgənin bir hissəsini işğal altında saxlayan Rusiya qoşunları sursat və texnikalarını ataraq qaçır.

Sosial şəbəkələrdə Ukrayna ordusunun bu uğuru ilə bağlı çox təsirli video paylaşılıb. Kadrların birinci hissəsində II Dünya müharibəsinə həsr olunmuş filmdən fraqment, ikinci hissəsində isə Xarkovun azad edilməsindən sonrakı görüntülər əks olunub. Lakin Hollivud filmindən fərqli olaraq ikinci hissədə ukraynalı hərbçilərin üzlərindəki ağrı və göz yaşları həqiqidir.

Qeyd edək ki, Ukrayna ordusu sentyabrın əvvəlindən indiyədək 3 min kv. km-dən çox ərazidə nəzarəti bərpa edib. Xarkov vilayət hərbi administrasiyası 40-dan çox kənd və şəhəri azad edildiyini xəbər verib. Bəzi yerlərdə Ukrayna Silahlı Qüvvələri, demək olar ki, çatıb.

Bənzər yazılar

0.66512680053711