Macarıstanın dövlət qurumlarında otaqların qızdırılmasına MƏHDUDİYYƏT QOYULUB

 09-09-2022

Macarıstanda dövlət müəssisələrinin ofislərində otaqların 18°C-dən yuxarı temperaturda qızdırılması qadağan edilib.

Bu barədə Macarıstan Baş naziri Administrasiyasının rəhbəri Gergey Quyyaş hökumətin brifinqində deyib.

“Bütün dövlət müəssisələrində isitmə ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək, ona görə ofislər 18 dərəcədən isti ola bilməz”, - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, xəstəxana və sosial müəssisələr istisna olmaqla, bu cür binalarda qaz sərfiyyatının 25% azaldılması nəzərdə tutulub.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.26297688484192