Azərbaycan cüdoçuları Açıq Asiya turnirində 4 medal qazanıb

 13-10-2024

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirində 4 medal qazanıb.

 Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər veririk ki, komanda turniri 1 qızıl və 3 bürünc medalla başa vurub.

Cüdoçularımız yarışda medal əyarına görə kişilər arasında 3-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub. Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev ( hər ikisi +100 kq) isə bürünc medal əldə ediblər.

 

Bənzər yazılar

0.10192394256592