"Yuventus" futbolçusunu gələn yay sata bilər

 13-10-2024

İtaliyanın "Yuventus" klubu yeni müqavilə imzalamayacağı təqdirdə Duşan Vlahoviçi gələn yay sata bilər.

Bu barədə "Corriere dello Sport" məlumat yayıb.

24 yaşlı hücumçunun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Turin klubu serb futbolçunun illik 24 milyon avro maaşı səbəbindən onun mümkün satışında çətinliklərlə üzləşə bilər.

Qeyd edək ki, cari mövsüm Vlahoviç bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 65 milyon avrodur.

 

Bənzər yazılar

0.073415994644165