Premyer Liqada çıxış edən futbolçu qeyri-adi zədə alıb

 09-10-2024

İngiltərə Premyer Liqa təmsilçisi "İpsviç"in futbolçusu Aksel Tuanzebe qeyri-adi zədə alıb.

"Report.az" xəbər verir ki, konqolu futbolçu qab yuyarkən şüşəni sındırıb və yaralanıb.

Şüşə parçasının əlini kəsməsindən sonra oyunçunun barmağının amputasiya edilmə riski yaranıb.

Lakin uğurlu əməliyyatdan sonra A.Tuanzebenin durumu yaxşılaşıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi “Mançester Yunayted”in yetirməsidir. O, ötən ilin sentyabrından “İpsviç”də çıxış edir. 

 

Bənzər yazılar

0.058735132217407