ABŞ-nin MLS peşəkar futbol liqası bazar ertəsi ilin oyunçusu mükafatına 34 namizədin tam siyahısını açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, MLS-də ilin oyunçusu mükafatına əsas namizəd “İnter Mayami”nin məşhur hücumçusu Lionel Messidir.
Mənbənin məlumatına görə, siyahıya həmçinin “İnter Mayami”dən Luis Suares, “Sinsinnati”dən Luço Akosta, “Kolambus Kryu”dan Kuço Ernandes və “Los Anceles Qalaksi”dən Riki Puç daxildir.
Səsvermə bazar ertəsi başlayıb və oktyabrın 21-dək davam edəcək.
Qeyd edək ki, bu, Messinin 15 iyul 2023-cü ildə “İnter Mayami”yə keçməsindən sonra mükafata ikinci namizədliyidir.
Xatırladaq ki, Messi bu il cəmi 18 liqa oyununda oynamasına baxmayaraq, 17 qol vurub və 15 məhsuldar ötürmə edib.