"Boka Xuniors" futbolçusu Edinson Kavani ilə müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı hücumçu ilə sözləşmə 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Uruqvaylı futbolçu 2023-cü ilin yayından “Boka Xuniors”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 43 matç keçirib, 20 qol vurub. Kavaninin Argentina nəhəngi ilə əvvəlki müqaviləsi 31 dekabr 2024-cü ilə qədər idi.