Generala məxsus olduğu iddia edilən hospital MƏHKƏMƏYƏ VERİLDİ

 04-10-2024

"Medistyle" (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə şikayət edilib.

"Qaynarinfo.az"ın məlumatına görə, tanınmış anestezioloq-reanimatoloq Hacı-Həsənli Zəfər İsmayıl oğlu "MediStyle Hospital"dan əmək haqqını ala bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsində "Əmək haqqı tələbi" üzrə iddia qaldırıb.

İşə hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Zəfər Hacı-Həsənli 2010-2014-cü illərdə Mərkəzi Gömrük Hospitalında, 2014-cü ildən isə "MediStyle Hospital"da anestezioloq-reanimatoloq işləyib.

Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadəyə məxsus olduğu deyilən "MediStyle Hospital"a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda "MediStyle" MMC-nin qanuni təmsilçisi klinikada uroloq-androloq vəzifəsində işləyən Ramil Əhmədov Famil oğludur.

Bənzər yazılar

0.2074179649353