"Dünyada elə bir ölkə yoxdur ki, orada cinayət hadisəsi qeydə alınmasın. Çünki cinayətin sərhəddi yoxdur".
Ölkə.Az xəbər verir ki, bunu professor İlham Rəhimov Bakıda Qara dəniz və Xəzər dənizi regionu ölkələri hüquqları Assosiasiyasının təşkilatçılığı ilə "Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Rəhimov qeyd edib ki, konfransın Bakıda keçirilməsi təsadüfi deyil: "Konfrans iştirakçıları bura gəlməyin rahat olduğunu düşünərək Bakıda toplaşmaq istədilər. İkinci məqam isə Prezident İlham Əliyevin dediyi kimi, Bakı beynəlxalq mərkəzə çevrilib. İqtisadiyyat, siyasət, hüquqla bağlı Bakıda müzakirələr keçirilir. Burada iştirak edən 12 dövlətin nümayəndəsinin hər biri öz ölkəsində cinayətkarlıqla bağlı problemlərə diqqət çəkəcək. Məruzələri ümumiləşdirib tövsiyələr təqdim edəcəyik. Cinayətin nə ölkəsi var, nə də sərhədi var. Ən kiçik ölkələrdə də cinayət var. Cinayət varsa, onunla mübarizə aparmaq lazımdır".
Mürtəza
Ölkə.Az